Bank Of Baku

Alan Vaddams: “İnanıram ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçiriləcək”

Alan Vaddams: “İnanıram ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçiriləcək”
# 31 mart 2008 13:47 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “İnanıram ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçiriləcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi nümayəndəlik seçkilərlə bağlı hər hansı konkret layihə həyata keçirməyi planlaşdırmır, lakin Avropa Komissiyası prezident seçkiləri ilə bağlı Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək. Alan Vaddams həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair Fəaliyyət Planı çərçivəsində energetika, kənd təsərrüfatı, ədliyyə, təcrübə mübadiləsi və vergi məsələlərində həyata keçiriləcək layihələrin açıqlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR