Bank Of Baku

Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
# 31 mart 2008 13:52 (UTC +04:00)
E. Süleymanova soyqırımı günü ilə bağlı bəyanat hazırladığını və sənədin dünya ictimaiyyətinə çatdırıldığını söyləyib. Bəyanat BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycan diaspor təşkilatlarına göndərilib. Sənəddə qeyd olunub ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biri olub: “Erməni daşnakları üç gündə Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadın və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda və digər ərazilərdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib. 1918-ci il Mart soyqırımından 90 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür”. Bəyanatda qeyd olunub ki, beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsədə qoyan dünya ictimaiyyəti nəhayət ki, Azərbaycan xalqının başına gətirilən bu zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar layiqli cəzasını almalıdır: “Ümid edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ədalət tezliklə öz yerini tapacaq, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR