Bank Of Baku

AMEA-da Azərbaycanlıların Soyqırımına həsr olunmuş konfrans keçirilib

AMEA-da Azərbaycanlıların Soyqırımına həsr olunmuş konfrans keçirilib
# 31 mart 2008 14:02 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunan konfrans keçirilib. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti Arif Haşımov açaraq, 1,5 milyon azərbaycanlının ermənilərin törətdiyi soyqırımlara məruz qaldığını deyib. Tarix elmləri namizədi Qəhrəman Ağayev Qubadakı kütləvi məzarlıqda 2007-ci il iyulun 13-də arxeoloji qazıntıların başladığını və ərazidə tədqiqatların bu gün davam etdirildiyini bildirib. Tarix elmləri doktoru Solmaz Rüstəmova - Tohidi 1918-ci ilin 15 iyulunda Azərbaycan hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının erməni cinayətlərinin açılmasında gördüyü işlərdən danışıb: “Ələkbər bəy Xasməmmədovun rəhbərlik etdiyi komissiyanın materialları 36 cilddən, 3500 səhifədən ibarətdir. Amma bu cildlərin bəziləri itib. Təhqiqat bir daha göstərir ki, bu, milli qırğındır. Ermənilər tərəfindən Qubada 3 minə yaxın azərbaycanlı soyqırımına məruz qalıb, Şamaxıda daha böyük qırğınlar olub”. Konfransda 1918-ci ildə Azərbaycan hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarının çap olunmasının zəruriliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR