Bank Of Baku

Azərbaycanın Bakı və Gəncə şəhərləri Moskvada keçiriləcək “Meqapolis-XXI-ci əsr” adlı beynəlxalq foruma dəvət olunub

Azərbaycanın Bakı və Gəncə şəhərləri Moskvada keçiriləcək “Meqapolis-XXI-ci əsr” adlı beynəlxalq foruma dəvət olunub
# 31 mart 2008 14:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 3-4-də Moskvada “Meqapolis-XXI-ci əsr” adlı beynəlxalq forum keçiriləcək. Tədbirin təşkilatçısı olan Paytaxtlar və İri Şəhərlər Beynəlxalq Assosiasiyasından APA-ya verilən məlumata görə, Azərbaycanın Bakı və Gəncə şəhərləri bu tədbirə dəvət olunsa da, iştirak edəcəkləri barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, forumda Müstəqil Dövlətlər Birliyinin (MDB) 8 ölkəsindən və Rusiyanın müxtəlif regionlarının 86 şəhər iştirak edəcək. Uzaq xaric ölkələrdən foruma Çinin şəhərləri qoşulub. Forum çərçivəsində “İri şəhərlər ölkələrin sosial-iqtisadi inkişafının resursudur” adlı plenar iclas keçiriləcək, “MDB-nin ən yaxşı şəhəri” adlı ilk müsabiqənin yekunları açıqlanacaq, Moskvanın şəhər infrastrukturlarına texniki ekskursiyalar ediləcək, “Meqapolis: XXI əsrdə” adlı beynəlxalq sərgi və “Virtual şəhər: gələcəyə baxış” adlı beynəlxalq konfrans təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR