Bank Of Baku

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıqda tapılan cəsədlər ermənilərin 1918-ci il may ayının ilk ongünlüyündə qətlə yetirdiyi azərbaycanlılardır”

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıqda tapılan cəsədlər ermənilərin 1918-ci il may ayının ilk ongünlüyündə qətlə yetirdiyi azərbaycanlılardır”
# 31 mart 2008 14:19 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Qubadakı kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, ermənilərin soydaşlarımızı xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib: “Aşkar olunan heç bir sümükdə güllə izi tapılmayıb. Bu, onların amansızlıqla öldürüldüyünü, başlarının kəsildiyini göstərir”. Bu məzarlığın ermənilərin Azərbaycanda törətdiyi soyqırımı nəticəsində yarandığını vurğulayan Q. Ağayev ərazidə arxeoloq, tarixçi, etnoqraf və kriminalistlərin birgə tədqiqat aparmasının zəruriliyini vurğulayıb. Qeyd edək ki, Qubadakı kütləvi məzarlıqdan bu günə kimi 161 insan kəlləsi çıxarılıb. Tarixi məlumatlara görə, ermənilər tərəfindən 1918-ci ildə Qubada 3 minə yaxın insan qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR