Bank Of Baku

İsrail Azərbaycanlıları Konqresi İsrail rəhbərliyini qondarma “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarmaqdan çəkinməyə çağırıb

İsrail Azərbaycanlıları Konqresi İsrail rəhbərliyini qondarma “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarmaqdan çəkinməyə çağırıb
# 31 mart 2008 14:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İsrail Azərbaycanlıları Konqresi qondarma “erməni soyqırımı”nın Knessetin komissiyasının iclasında müzakirəyə çıxarılması ilə bağlı bu ölkənin prezidenti Şimon Peresə, baş nazir Ehud Olmertə və Knessetin spikeri Dali İtsikə müraciət ünvanlayıb. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qondarma erməni soyqırımının parlamentin müzakirəsinə çıxarılmasının İsrailin beynəlxalq nüfuzuna xələl gətirəcəyi bildirilib: “Əgər tarixi faktlara nəzər salsaq, birinci dünya müharibəsi zamanı ermənilərin deyil, türklər və azərbaycanlıların soyqırıma məruz qaldığı aydın olar. Ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım törədib, bunun nəticəsində on minlərlə dinc və günahsız insan qətlə yetirilib”. Müraciətdə Qubada yaşayan yəhudilərin də ermənilərin qurbanına çevrildiyi diqqətə çatdırılıb: “Azərbaycan ərazisinin 20 faizini zəbt edən ermənilər etnik təmizləmə siyasətlərini davam etdirərək, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalıda soyqırım aktı həyata keçirib. Soyqırım nəticəsində minlərlə qadın, uşaq və qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Lakin xarici ölkələrdə fəaliyyət göstərən güclü erməni lobbisi əsl həqiqətləri gizlədərək bütün dünya ictimaiyyətinə yalan informasiyalar çatdırır və özlərini soyqırıma məruz qalan xalq kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxır”. Qeyd edək ki, martın 26-da İsrail Knessetində sol təmayüllü partiyanın rəhbəri Merets Xaim Oronun qondarma “erməni soyqırımı” məsələsinin parlamentin təhsil və mədəniyyət komissiyasının yığıncağında müzakirəyə çıxarılmasına nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR