Lətif Hüseynov: “Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək”
- Avropa Şurası Venesiya Komissiyasının mart ayında keçirilən plenar sessiyasında Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı hazırlanan aralıq rəy müzakirə olunaraq qəbul edilib. Aralıq rəy ona görə deyirəm ki, hələlik bu sənəd qəbul olunmayıb. Həmin rəydə məcəlləyə əlavə və dəyişikliklə bağlı məsələ əksini tapıb. Azərbaycan hökumətinin təqdim etdiyi əlavə və dəyişikliklə bağlı verilən həmin rəy ümumilikdə müsbətdir. Ancaq orada müəyyən iradlar da var. Məsələn, bu iradlardan biri “exit-poll” keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında akkreditasiya olunması ilə bağlıdır. Azərbaycan hökumətinin təqdim etdiyi təkliflərdə həmin təşkilatların mütləq akkreditasiyadan keçməsi əksini tapıb. Venesiya Komissiyası isə belə bir qeydiyyatın aparılmasına ehtiyac görmür. Bundan başqa, hərbçilərin səsvermə prosedurunun yaxşılaşdırılması ilə bağlı təkliflər var. Bu təklifdə məqsəd ondan ibarətdir ki, hərbçilər mümkün qədər digər seçicilərlə birgə səs verməlidirlər. Azərbaycan hökumətin təqdim etdiyi layihədə isə mövcud reallıqdan irəli gələrək, xüsusi rejimin hökm sürdüyü ərazilərdə bu təcrübəni tətbiq etməyə imkanın olmadığı göstərilib. Artıq rəy Azərbaycan hökumətinə təqdim olunub. Çox güman ki, həmin rəy öyrənilməklə və nəzərə alınmaqla qanun layihəsinin son variantı Milli Məclisə təqdim olunacaq. Ola bilər ki, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişiklik “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bir yerdə Milli Məclisə təqdim olunsun.
- Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə seçki komissiyalarının tərkibi ilə bağlı müddəa varmı?
- Azərbaycan hökumətinin təqdim etdiyi layihədə seçki komissiyalarının tərkibi ilə bağlı hər hansı müddəa yoxdur. Ancaq mart ayında Venesiya Komissiyasında keçirilən müzakirələr zamanı Azərbaycan hökumətinin nümayəndəsi bildirdi ki, sənəd qəbul olunmaq üçün parlamentə təqdim olunan zaman bu məsələ də ayrıca müddəa kimi parlamentə təqdim oluna bilər. Yəni Seçki Məcəlləsinə əlavə və dəyişiklik Milli Məclisdə müzakirə olunarkən seçki komissiyalarının tərkibi ilə bağlı məsələ də müzakirə oluna bilər. Ümumiyyətlə, seçki komissiyalarının tərkibi ilə bağlı Avropada da vahid standart yoxdur. Yəni müxtəlif variantlar ola bilər. Venesiya Komissiyası nə vaxtsa formal olaraq seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı təqdim etdiyi variantdan geri çəkilmək istəmir. Ancaq hökumət də hesab edir ki, bu bir tövsiyədir, bunu qəbul etmək də, etməmək də olar. Azərbaycan tərəfi hesab edir ki, mövcud Seçki Məcəlləsi tamamilə beynəlxalq standartlara uyğundur. Hazırda seçki komissiyalarının tərkibi mövcud standartlara zidd deyil. Ancaq Azərbaycan hökuməti yenə də konkret təkliflər olarsa, müzakirələrə hazır olduğunu bildirir.
- Azərbaycan hökumətinin Venesiya Komissiyasına təqdim etdiyi layihədə barmaqların mürəkkəbə batırılması ilə bağlı müddəa əksini tapıbmı?
- Bəli, bu müddəa konkret şəkildə göstərilib. Ümumilikdə təklif olunan əlavə və dəyişikliklər 10-dan az deyil. Hesab edirəm ki, Azərbaycan hökuməti Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliyə seçki prosesinin təkmilləşdirilməsi kimi yanaşıb. Azərbaycan 2008-ci ilin prezident seçkilərinə Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklə gedəcək.
- Bəs Azərbaycanın “Sərbəst toplaşma azadlığı haqqında” qanununa əlavə və dəyişikliklə bağlı nə vəziyyət nə yerdədir?
- Azərbaycanın “Sərbəst toplaşma azadlığı haqqında” qanununa əlavə və dəyişikliklə bağlı Venesiya Komissiyasının rəyi ötən ilin dekabrında verilib. Bu, Venesiya Komissiyasının Avropa Şurasının üzvü olan ölkələrin analoji qanunları ilə bağlı verdiyi ən müsbət rəylərdən biri sayılır. Bu layihədə isə cəmi bir müddəa ilə bağlı irad var. Söhbət İcra Hakimiyyəti orqanlarının qarşısında toplaşmaqdan gedir. Orada göstərilib ki, bu irad istisna olmaqla, “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər bu formada parlamentdə qəbul olunarsa, Avropa standartlarına tam uyğun olacaq. İradla bağlı müddəaya gəlinsə, Azərbaycan hökumətinin təqdim etdiyi layihədə göstərilib ki, icra hakimiyyətlərinin qarşısında toplantılar keçirilməməlidir. Hazırda məsələ Venesiya Komissiyası ilə dialoq səviyyəsində razılaşdırılır və son variant yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq.
- Azərbaycanda İşgəncələr Əleyhinə Komitənin yaradılması nə qədər realdır?
- BMT tərəfindən İşgəncələr Əleyhinə Konvensiya 1984-cü ildə qəbul olunub. Bu yaxınlarda həmin konvensiyaya fakültativ bir protokol da qəbul olundu. Həmin protokola əsasən, İşgəncələr Əleyhinə Alt Komitə yaradılır. Həmin komitənin əsas məqsədi iştirakçı dövlətlərin azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və orada saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmaqdır. Bununla bağlı dövlətlərin milli mexanizmlər yaratması da nəzərdə tutulub. Həmin qurum qeyri-dövlət təşkilatı da ola bilər. Ancaq ona müəyyən status verilməlidir. Bu qurumun əməkdaşları azadlıqdan məhrumetmə yerlərinə istənilən vaxt səfər edib, istənilən şəxslə görüşmək imkanına malik olmalıdırlar. Azərbaycan isə həmin protokola qoşulmayıb, hələlik bizdə bu məsələ öyrənilir. Hesab edirəm ki, komitənin yaradılması məsələsində Azərbaycanda problem olmamalıdır.
- Siz bir neçə gün əvvəl BMT-də ən yüksək Ekspert Orqanına seçildiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- BMT-də ən yüksək Ekspert Orqanına seçilməyim ilk növbədə Azərbaycanın uğurudur. Digər təşkilatlardan fərqli olaraq, burada hər ölkədən bir deyil, cəmi 18 ekspert fəaliyyət göstərir. Bu ekspertləri İnsan Haqları Şurasının üzvü olan 47 dövlət seçir. Bizim daxil olduğumuz 22 dövlətdən ibarət Şərqi Avropa qrupundan 2 yerə 4 namizəd verilmişdi. Maraqlıdır ki, 30 dövlət Azərbaycana səs verib. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Mən bunu BMT-də “Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətə dair” qəbul olunan qətnamədən sonra ölkənin növbəti uğuru kimi qiymətləndirirəm.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib