Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinin qarşısında aksiya keçirilməsinə icazə verməyib

Bakı Şəhər İcra Hakimiyyəti Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar BMT-nin Bakı nümayəndəliyinin qarşısında aksiya keçirilməsinə icazə verməyib
# 31 mart 2008 15:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup məcburi köçkün jurnalistin Kəlbəcərin ermənilər tərəfindən işğalının növbəti ildönümü ilə bağlı aprelin 2-də BMT-nin Bakı nümayəndəliyinin binası qarşısında aksiya keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Aksiyanın təşkilat komitəsindən APA-ya daxil olan məlumata görə, şəhər rəhbərliyi bu gün jurnalistlərə göndərdiyi cavab məktubunda aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. BŞİH öz qərarını “Sərbəst toplaşma azadlığı haqqında” qanunun 9-cu maddəsinin üçüncü hissəsinin birinci bəndinə uyğun olaraq qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr radius çərçivəsində kütləvi aksiyaların keçirilməsinin qadağan olunduğunu əsas gətirilib. BŞİH-in rədd cavabına baxmayaraq, təşkilatçılar aksiyanı keçirmək niyyətində olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR