Bank Of Baku

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib
# 31 mart 2008 16:55 (UTC +04:00)
Bakı-APA. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkənin şimal-qərb bölgəsində anım tədbirləri keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən rayon rəhbərliyi ictimaiyyətlə birgə rayonda soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Zaqatala rayonunda isə 90 il əvvəl baş vermiş soyqırımına həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən danışaraq bu faciələrdən ən müsibətinin 90 il əvvəl baş verdiyini söyləyib. Bu gün həmçinin Qax və Şəki rayonlarında Azərbaycanlıların Soyqırımı Gününün 90-cı ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib və faciə qurbanlarının xatirəsi yad edilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, bu gün Ucar, Göyçay, Zərdab rayonlarında da anım tədbirləri təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR