NATO Qara dənizi keçəcəkmi? - TƏHLİL
Hələlik bu rolda çıxış edən Ukrayna və Gürcüstanın məsələsi sirr pərdəsini qorumaqda davam edir. Kiyev və Tiflisin NATO ümidləri ənənəvi olaraq ABŞ tərəfindən dəstəklənir. ABŞ prezidenti Corc Buş alman mətbuatına verdiyi açıqlamada Ukrayna və Gürcüstana alyansa üzvlüklə bağlı “aydın perspektiv”in təklif olunmasını vurğulayıb. Bununla belə, ABŞ prezidenti Rumıniya paytaxtında bu iki dövlətin hərbi bloka qəbul olunması ilə deyil, bunu tələb etmək hüquqları ilə bağlı qərarın qəbul olunacağını bildirib.
Rəsmi Kiyev isə ümid edir ki, Buxarest sammiti Ukraynanın NATO üzvlüyünə doğru yolunu açacaq. Gürcüstan isə NATO ilə kifayətlənməyərək, hətta Avropa İttifaqının qapılarını da döyməyə hazırlaşır. Hər iki ölkə zirvə görüşündə İnteqrasiya üzrə Fəaliyyət Planına (MAP) qoşulmaları barədə müsbət qərarın qəbul olunacağına ümid edirlər. MAP alyansa qəbul olunma yolunda sonuncu mərhələ hesab edilir.
Hadisələrin bu yöndə inkişafının qəti əleyhdarı heç şübhəsiz ki, keçmiş SSRİ-nin əsas varisi olan Rusiyadır. Rusiyada keçirilən prezident seçkilərində qalib gəlmiş Dmitri Medvedev Ukraynanın NATO-ya daxil olmasının ölkəsi üçün təhlükə törətdiyini bəyan edib. Amma bu açıqlamalara ən orijinal cavab yenə də ABŞ prezidentindən gəlib: “Bu fikirlər Vladimir Putinin rəyini əks etdirir. Bu yaxınlarda Putinlə danışanda o, bu arqumentləri səsləndirdi. Bununla bağlı fikrim aydındır: ölkə sərhədlərində demokratiyanın olması pis deyil, yaxşı işdir. Demokratiyalar sülhpərvər olur. Xalqın iradəsini yerinə yetirən demokratiyalar müharibə aparmağa çalışmır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ABŞ-ın Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək arzusunun Moskvanın Vaşinqton və hərbi blokla münasibətlərinə ciddi zərər vura biləcəyini bəyan edib: “Əminəm ki, ABŞ NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın alyansa qəbulunun gerçəkləşməsi üçün üçün əlindən gələn hər şeyi edəcək. Əgər Ukrayna və Gürcüstan NATO-ya daxil olarsa, bu məsələ yalnız ABŞ deyil, bir təşkilat olaraq NATO ilə münasibətlərimiz üzərində ciddi nəticələr doğuracaq”.
Postsovet cütlüyünə qarşı Rusiyanın əsas müttəfiqi nə qədər qeyri-adi olsa da, Almaniyadır. Berlin Rusiyanın “Qazprom” şirkəti ilə sıx əməkdaşlıq etməklə yanaşı, NATO-nun şərqə doğru genişlənməsinə qarşı çıxır. Almaniya mövqeyini hər iki ölkənin daxili problemlərini hələ həll edə bilməmələri ilə əlaqələndirir. Alman hökumətinin mətbuat xidmətinin rəhbəri Tomas Steg xatırladıb ki, NATO yalnız daxili siyasi münaqişələr, regional münaqişələr və separatist hərəkatlara cəlb olunmamış dövlətləri sıralarına qəbul edir: "NATO-ya daxil olmaq məsələsi Ukrayna ictimaiyyətini iki yerə bölüb. Gürcüstan separatçı hərəkatlar və regional münaqişələrlə üzləşib. Ona görə yenə də Avropa İttifaqının müşahidəçilərinə ehtiyac duyulur". Onun sözlərinə görə, Almaniya Ukrayna və Gürcüstanın alyansa qəbul edilməsinə “həddindən artıq ehtiyatlı” yanaşır, amma bu mövqe yalnız həmin ölkələrin daxilindəki və regiondakı durumla əlaqədardır: “Hər iki ölkənin namizədliklərinə müsbət cavab verməzdən öncə sabitlik və sülhün bərpasını gözləyirik”. Almaniyanın kansleri Angela Merkel isə Gürcüstan və Ukrayna vətəndaşlarının təşəbbüsü dəstəkləməməsini əldə rəhbər tutaraq, bu iki ölkənin alyansa inteqrasiyası imkanlarını rədd edib.
Əslində Almaniyanın arqumentlərində əsas var: martın 29-da Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərinin mərkəzində toplaşan minlərlə insan NATO-ya inteqrasiya perspektivinə etirazlarını ifadə ediblər. Ukraynanın Regionlar Partiyasından seçilmiş deputat Nestor Sufriç bəyan edib ki, Ukraynanın MAP-a daxil edilməsi əhalinin iradəsinin və ölkənin milli maraqlarının əleyhinə yönəlmiş addım olacaq: “Biz oğullarımızın İraq, Əfqanıstan və ya Kosovoda həlak olmasına imkan verməyəcəyik. Biz NATO tərəfindən başlanmış müharibələrin əleyhinəyik”.
Ukrayna prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Viktor Yuşşenko martın 28-də Şimali Atlantika Alyansı ilə Ukraynanın Əfqanıstandakı Təhlükəsizlik üçün Beynəlxalq Yardım Qüvvələri (İSAF) tərkibində iştirakı barədə sazişin imzalanmasına fərman verib. Həmin fərmanla Ukrayna prezidenti ölkənin NATO-dakı missiyasının rəhbərinə bu barədə sənədin imzalanmasına səlahiyyət verib. Amma rəy sorğuları Ukrayna vətəndaşlarının yarısının NATO-ya qarşı çıxdığını təsdiq edir. Regionlar Partiyasının parlamentdəki digər nümayəndəsi Vasili Kiselev Ukraynanın MAP-a daxil olunacağı təqdirdə, parlament böhranının qaçılmaz olduğunu bildirib: “Ümid edirəm ki, Ukraynanın MAP-a daxil edilməsinə qərar verən Qərbi Avropa liderləri ciddi siqnal almış oldular”.
Beləliklə, Buxarest sammiti Albaniya, Xorvatiya və Makedoniya ilə yanaşı, həm də Gürcüstan və Ukrayna üçün mühüm sınaq olacaq. Ukraynada keçirilən anti-NATO nümayişlərində səslənən şüarlardan biri belə idi: “NATO üzvü olacaq Ukrayna Rusiyanın kürəyinə saplanmış bıçaqdır”. Amma Rusiyanın bu ölkələr üçün nə olduğu təəssüf ki, həmin şüarda açıqlanmayıb. /APA-ANALİTİKA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib