Bank Of Baku

Seçici siyahılarının MSK-ya təqdim olunması aprelin 5-də başa çatacaq

Seçici siyahılarının MSK-ya təqdim olunması aprelin 5-də başa çatacaq
# 01 aprel 2008 09:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Dairə Seçki Komissiyaları (DSK) seçici siyahılarını yenidən tərtib etdikdən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıb. MSK-nın katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinin tələbinə görə, DSK-lar aprelin 5-dək bu prosesi yekunlaşdırmalıdır. Sonrakı mərhələdə isə MSK siyahıları araşdıracaq və təsdiq edəcək. N. Məmmədov bu vaxta qədər MSK-ya daxil olan siyahılarda ötən ilki seçici siyahıları ilə müqayisədə müəyyən dəyişikliklərin olduğunu, seçicilərin sayının artdığını deyib. MSK katibi prosesə mayın sonunda yekun vurulacağını bildirib. Buna baxmayaraq, o, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkilərə 65 gün qalmış bir ay müddətində siyahıların yenidən dəqiqləşdiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR