Bank Of Baku

Sərdar Cəlaloğlu: “Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrə səfər etmək, bu səfərlərə ümid bağlamaq yanlışdır”

Sərdar Cəlaloğlu: “Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrə səfər etmək, bu səfərlərə ümid bağlamaq yanlışdır”
# 01 aprel 2008 09:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Prezident seçkiləri Azərbaycanın daxilində keçirilir, xaricdə yox. Buna görə də bu seçkilərlə əlaqədar xaricə səfərlər etmək, bu səfərlərə böyük ümidlər bağlamaq yanlışdır. Bundan əvvəlki seçkilərdə müxalifətçilərin xaricə etdikləri səfərlər seçkilərə heç bir təsir göstərməyib”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, seçkilərdə namizədliyini irəli sürməsinə baxmayaraq, xarici ölkələrə səfər etməyəcək. S. Cəlaloğlu seçkilər vaxtı namizədlərin öz işlərini Azərbaycan daxilində qurmasına tərəfdar olduğunu qeyd edib: “Mən namizəd olaraq seçki ərəfəsində daha çox ölkə daxilində fəaliyyət göstərəcəyəm. Ola bilər ki, əvvəlki seçkilərdə olduğu kimi, bu il də namizədlər seçkiqabağı təbliğat məqsədi ilə xaricə səfər etsinlər. Amma bu səfərlərin heç biri ölkədə gedən siyasi proseslərə təsir etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR