Bank Of Baku

ATƏT sədri dəyişilə bilər

ATƏT sədri dəyişilə bilər
# 01 aprel 2008 11:28 (UTC +04:00)
Hakim partiyanın lideri Yurki Kataynen bildirib ki, onlar İlkka Kanervanın xarici işlər naziri postunda qalmasını məqbul saymırlar və o, artıq partiyanın etimadını tamamilə itirib. Partiya lideri İlkka Kanervanın istefaya göndərilməsi barədə qərarın asanlıqla qəbul olunmadığını vurğulayıb. Finlandiya mətbuatının yazdığına görə, yeni xarici işlər nazirinin adı yaxın iki gün ərzində açıqlana bilər. Bununla belə, Finlandiya Xarici İşlər Nazirliyi İlkka Kanervanın xəstə olduğu və xəstəliyi ilə bağlı şərh vermədiyi barədə məlumat yayıb. O, xəstəliyi ilə əlaqədar NATO-nun Buxarest sammitində də iştirak edə bilməyəcək. Yeri gəlmişkən, bu, İlkka Kanervanın intim xarakterli ilk qalmaqalı deyil. 2005-ci ildə Finlandiya parlamentinə sədrlik edən İlkka Kanervanın o zaman iki fotomodelə intim xarakterli SMS göndərdiyi məlum olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR