Bank Of Baku

Azərbaycanın beş müxalifət təşkilatı arasında imzalanacaq saziş layihəsindən siyasi blok yaradılması ilə bağlı müddəa çıxarılıb

Azərbaycanın beş müxalifət təşkilatı arasında imzalanacaq saziş layihəsindən siyasi blok yaradılması ilə bağlı müddəa çıxarılıb
# 01 aprel 2008 12:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Beş müxalifət təşkilatının hazırladığı saziş layihəsindən siyasi blok yaradılması ilə bağlı müddəa çıxarılıb. Bu barədə APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, qurumlar arasında əməkdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar davam etdirilir və sabah sonuncu müzakirələr aparılacaq. Sabahkı müzakirələrdə razılıq əldə edilərsə, yaxın günlərdə saziş imzalanacaq. Sazişdə prezident seçkilərində 5 müxalifət təşkilatının əməkdaşlığı, birgə müşahidənin həyata keçirilməsi, bir-birinə qarşı təbliğat aparmamaq, seçki komissiyalarının tərkibi ilə bağlı vahid mövqedən çıxış etmək, seçkinin nəticələri ilə bağlı birgə rəy hazırlamaq və digər məsələlər əksini tapacaq. Siyasi blokun yaradılması məsələsinin saziş layihəsindən çıxarılmasına gəldikdə, Ə. Orucov bildirib ki, bu məsələdə konsensus əldə olunmayıb: “Bəzi partiyalar hesab edir ki, hələlik belə blok yaratmaq tezdir. Buna görə də bir qədər gözləmək təklif olunur”.
Qeyd edək ki, “beşlər”də Milli İstiqlal, Müsavat, Demokrat, Tərəqqi partiyaları və “Azərbycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR