Bank Of Baku

Azərbaycan İslam Partiyası müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb

Azərbaycan İslam Partiyası müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb
# 01 aprel 2008 15:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın bunun bağlı bu gün yaydığı bəyanatda Hollandiyada İslam dinini təhqir edən qəzet materialının və qısametrajlı filmin nümayiş etdirilməsinə diqqət yönəldilib: “Hollandiya siyasətçilərinin İslamın və Qurani-Kərimin bəşəri dəyərlərinə kölgə salmağa xidmət edən təxribat niyyətli filmin nümayişini müsəlmanlara qarşı düşmənçilik, o cümlədən də təhqir siyasətinin davamı kimi qiymətləndiririk. Bu səbəbdən də bütün müsəlman ölkələrindən Hollandiya ilə iqtisadi və siyasi əlaqələri kəsməyi tələb edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR