Bank Of Baku

“Azadlıq” blokunun mitinq keçirib-keçirməyəcəyi Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında danışıqların nəticəsindən asılı olacaq

“Azadlıq” blokunun mitinq keçirib-keçirməyəcəyi Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında danışıqların nəticəsindən asılı olacaq
# 01 aprel 2008 15:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması tələbi ilə keçirməyə planlaşdırdığı kütləvi aksiyaları təxirə salmayıb. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, mart ayına nəzərdə tutulan aksiyanın keçirilməməsinə səbəb Seçki Məcəlləsi ətrafında Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası arasında aparılan müzakirələrin yekunlaşmamasıdır: “Hazırda tərəflər arasında danışıqların ikinci raundu davam edir. Biz proseslərin gedişindən asılı olaraq aksiyanın vaxtını təyin edəcəyik”. Ə. Əliyev Seçki Məcəlləsinə hansı dəyişikliklərin ediləcəyinin bəlli olmasından sonra mitinq qərarı verməyi daha düzgün saydıqlarını bildirib. Partiya sədri aksiyanın vaxtının təyin olunmamasına baxmayaraq, blokda mitinqlərə hazırlıq getdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR