Bank Of Baku

Rumıniyanın Azərbaycandakı səfiri NATO sammiti ilə bağlı mətbuat konfransı keçirib

Rumıniyanın Azərbaycandakı səfiri NATO sammiti ilə bağlı mətbuat konfransı keçirib
# 01 aprel 2008 16:06 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Bu gün Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir NATO-nun Buxarest sammiti və ölkəsinin hərbi-siyasi alyansda iştirakı barədə danışıb. O bildirib ki, Rumıniya NATO-nun Kosovo məsələsində fəallıq göstərəcəyinə və bu məsələnin sammitdə müzakirəsinə ümid edir. N. Ureki Kosovo məsələsində yalnız BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi çərçivəsində fəaliyyət göstərəcəklərini söyləyib. Diplomat hələlik Kosovonun tanınması kimi qiymətləndirilə biləcək addımlar atmaq fikrində olmadıqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR