Bank Of Baku

MSK təmsilçisi Monteneqroda prezident seçkilərini müşahidə edəcək

MSK təmsilçisi Monteneqroda prezident seçkilərini müşahidə edəcək
# 02 aprel 2008 07:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Monteneqroda aprelin 6-da keçiriləcək prezident seçkilərini izləmək üçün bu ölkəyə səfər edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurum təmsilçisi bu prosesdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasında tərkibində iştirak edəcək. Müşahidə missiyası aprelin 9-na qədər Monteneqroda olacaq. Qeyd edək ki, Azərbaycan 2000-ci ildən etibarən ATƏT-in Seçki Müşahidə Missiyalarının tərkibində müxtəlif ölkələrdə keçirilən seçkiləri müşahidə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR