Bank Of Baku

MSK seçki subyektləri, maraqlı tərəflər üçün seminar, treninqlər və maarifləndirmə işi aparacaq

MSK seçki subyektləri, maraqlı tərəflər üçün seminar, treninqlər və maarifləndirmə işi aparacaq
# 02 aprel 2008 08:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçki subyektləri, maraqlı tərəflər üçün seminar, treninqlər və maarifləndirmə işi aparmağa hazırlaşır. Bu barədə APA-ya MSK-nın katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə tədris planı, seminarların mövzusu, müddəti ilə bağlı proqram hazırlanır. Bu prosesdə siyasi partiya, QHT və KİV-in iştirakı nəzərdə tutulur. Geniş seçici kütləvi üçün isə telekanallar və mətbuat vasitəsi ilə maarifləndirmə işi aparılacaq. Mətbuat nümayəndələri üçün ayrıca seminarların keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR