Bank Of Baku

Sabah İnsan Hüquqları üzrə İşçi Qrupun Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupunun üzvlərinin iştirakı ilə iclası keçiriləcək

Sabah İnsan Hüquqları üzrə İşçi Qrupun Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupunun üzvlərinin iştirakı ilə iclası keçiriləcək
# 02 aprel 2008 08:31 (UTC +04:00)
İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə APA-ya bildirib ki, iclasda Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” Monitorinq Qrupunun bu Azərbaycana gələcək üzvləri də iştirak edəcəklər. Onun sözlərinə görə, hüquq müdafiəçiləri iclasda İşçi Qrupda aparılan müzakirələr, razı və narazı qaldıqları məqamlar, həbsdə olan jurnalistlər və xəstə məhkumlara əfv fərmanının şamil edilməsi barədə çıxış edəcək təkliflərini bildirəcəklər: “Biz “Aqo” qrupunun üzvlərindən həbsdə olan jurnalistlərin və xəstə məhkumların azadlığa buraxılması üçün yardımçı olmalarını xahiş edəcəyik. Eyni zamanda bildirəcəyik ki, Azərbaycanda məhbus siyahıları ilə bağlı yaranan mübahisələri, problemləri bir əfv fərmanı ilə həll etmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR