Bank Of Baku

Bolqarıstan səfiri İvan Palçev Azərbaycan haqqında kitab yazır

Bolqarıstan səfiri İvan Palçev Azərbaycan haqqında kitab yazır
# 02 aprel 2008 09:31 (UTC +04:00)
Missiyası iyunun 30-da başa çatacaq səfiri bu postda əvəzləyəcək şəxsin adı hələlik məlum deyil. Bolqarıstan səfiri APA-ya açıqlamasında bildirib ki, bolqar xalqının Azərbaycan haqqında daha çox məlumat alması məqsədilə Bakıda işlədiyi dövrdəki təəssüratlarını qələmə almaqdadır. Səfirin ölkəmiz haqqında yazdığı kitab bolqar və Azərbaycan dillərində nəşr olunacaq. Kitabı bolqar dilindən Siyavuş Məmmədzadə tərcümə edəcək. Əsərin bolqar dili variantının təqdimat mərasiminin sentyabrda Bolqarıstanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan türkcəsinə çevrilmiş kitabın ölkəmizdə təqdimatı isə prezident seçkilərindən sonra baş tutacaq. Səfir İvan Palçev bu mərasimdə iştirak etmək üçün Bakıya gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR