Bank Of Baku

Rassel Constonun səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan və Ermənistan millət vəkilləri arasında nəzərdə tutulan görüş təxirə salınıb

Rassel Constonun səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan və Ermənistan millət vəkilləri arasında nəzərdə tutulan görüş təxirə salınıb
# 02 aprel 2008 10:33 (UTC +04:00)
Səhhətində ciddi problemlər yaranan lord Rassel Conston hazırda xəstəxana şəraitində müalicə olunur. AŞ PA Siyasi Komitəsindən APA-ya verilən məlumata görə, britaniyalı parlamentar Ermənistana səfəri zamanı Azərbaycan və Ermənistan millət vəkillərinin görüşünün təşkili ilə əlaqədar danışıqlar aparmalı idi. Rassel Constonun Ermənistana səfəri təxirə salındığına görə AŞ PA-nın aprel sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulan bu görüş də təxirə düşüb. Siyasi Komitədən bildiriblər ki, Rassel Constonun Ermənistana səfəri aprel sessiyasından sonra, xəstəxanadan çıxdıqdan sonra gerçəkləşəcək. Azərbaycan və Ermənistan millət vəkillərinin görüşünün isə AŞ PA-nın yay sessiyası çərçivəsində baş tutacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR