Bank Of Baku

Milli Məclisin yaradılmasının 90 illiyi ilə bağlı ölkənin rəsmi qurumların komandaları arasında futbol turniri keçiriləcək

Milli Məclisin yaradılmasının 90 illiyi ilə bağlı ölkənin rəsmi qurumların komandaları arasında futbol turniri keçiriləcək
# 02 aprel 2008 11:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin (MM) yaradılmasının 90 illiyi ilə bağlı “Parlament kuboku” uğrunda futbol turniri keçiriləcək. Bu barədə APA-ya MM-in futbol komandasının üzvü Emin İmanov məlumat verib. O bildirib ki, “Parlament kuboku”nda ölkənin müxtəlif nazirliklərinin və digər rəsmi orqanlarının futbol komandaları iştirak edəcək. E. İmanov artıq turnirlə bağlı 22-dək nazirlik və digər dövlət orqanlarına müraciət göndərildiyini, 16 rəsmi orqanın müraciətə müsbət cavab verdiyini söyləyib. Aprelin 15-də yarışın püşkatması keçiriləcək, oyunlar isə mayın 10-dan sonra başlayacaq. E. İmanov MM rəhbərliyinin turnirə yüksək səviyyədə dəstək verdiyini də deyib: “Biz bu turnirdə mütləq qələbə əldə etməli və parlamentin yubileyinə öz hədiyyəmizi verməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR