Bank Of Baku

Əslən Kəlbəcər rayonundan olan bir qrup jurnalist BMT-nin Bakı ofisinin yaxınlığında piket keçirib

Əslən Kəlbəcər rayonundan olan bir qrup jurnalist BMT-nin Bakı ofisinin yaxınlığında piket keçirib
# 02 aprel 2008 11:28 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bu gün saat 12:00-da əslən Kəlbəcər rayonundan olan bir qrup jurnalist Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı ofisinin yaxınlığında piket keçirib. APA-nın məlumatına görə, media nümayəndələri işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması tələb olunan BMT qətnamələrinin yerinə yetirilməməsinə etirazlarını bildiriblər. Əraziyə toplaşmış polis əməkdaşları aksiya iştirakçılarının şüar səsləndirməsinə imkan verməyiblər. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin informasiya və ictimai məsələlər üzrə müşaviri Fərqan Abbaszadə piketin qətnaməsini qəbul edib. O, jurnalistlərə açıqlamasında aksiya iştirakçılarının tələbləri ilə bağlı fikir yürütmək səlahiyyətlərinin olmadığını deyib: “Hörmət əlaməti olaraq piketçilərin yanına gəldim və qətnaməni qəbul etdim. Qətnamə tərcümə olunaraq BMT-nin Bakıdakı ofisinin rəhbərliyinə və baş qərargahına göndəriləcək”.
Qeyd edək ki, aksiya zamanı saxlanılan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR