Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi Günü  ilə əlaqədar dünya ölkələrinə müraciət edib
# 02 aprel 2008 11:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. BMT-nin baş katibi Pan Gi Mun 4 aprel- Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə Və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, ən azı 68 ölkədə minaların mövcudluğu milyonlarla qadın, kişi, oğlan və qızın ölümünə, əlsiz, ayaqsız qalmaq və ya digər yaşayış vasitələrindən məhrum olmaq qorxusu altında yaşamasına səbəb olur: “2007-ci ildə mina və digər partlayıcı qurğulardan 6000 şəxsin zərər çəkməsinə baxmayaraq, bu rəqəm əvvəlki illərdə olan göstəricilərdən çox az fərqlənir. Hər il dünyada mina təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir və 7 milyondan çox insana minalanmış ərazilərdə təhlükədən necə müdafiə olmağı öyrədilir: “Bu səylər qurbanların sayının azaldılmasına yardım edib. Lakin biz yalnız belə halların tamamilə baş vermədiyi halda sakitləşə bilərik. Hazırda vətəndaşlara dözülməz ziyan vuran kaset hərbi sursatların ləğv olunması üzrə həyata keçirilən təşəbbüslərin sayəsində yeni beynəlxalq sənədlər meydana çıxır. Mən bu silahların humanitar nəticələrinə son qoyulması üçün istənilən yeni cəhdləri müsbət qarşılayıram. Yalnız bu sənədlərin geniş ratifikasiyası və onların tam həyata keçirilməsi vasitəsi ilə beynəlxalq icma yeni bədbəxt hadisə və insan ölümlərinin qarşısını ala, ziyan çəkmiş şəxslər və onların ailələrinin hüquqlarının tam həyata keçirilməsinə nail ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR