Bank Of Baku

Yeni yaradılmış Gürcüstan Azərbaycanlıları Konqresi azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına nail olmaq niyyətindədir

Yeni yaradılmış Gürcüstan Azərbaycanlıları Konqresi azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına nail olmaq niyyətindədir
# 02 aprel 2008 13:52 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Gürcüstan hökuməti tərəfindən qeydə alınmış Gürcüstan Azərbaycanlıları Konqresinin məqsədi azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasını təmin etmək, onların sosial problemlərinin həlli ilə məşğul olmaqdır”. APA-nın məlumatına görə, bunu Bakıda keçirdikləri mətbuat konfransında konqresin təsisçiləri Əli Babayev və Elbrus Məmmədov bəyan ediblər. Onlar bildiriblər ki, qurumun martın 14-də keçirilən 1-ci qurultayına 400-dək nümayəndə qatılıb. Qurultayda Gürcüstanın ombudsmanı, qeyri-hökumət təşkilatlarının, milli azlıqların və Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər. Ə. Babayev Gürcüstan Azərbaycanlıları Konqresinin siyasi təşkilat olmadığını vurğulayıb. Azərbaycanlıların problemlərindən danışan Ə. Babayev qonşu ölkədəki Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı olduğunu söyləyib. Onun sözlərinə görə, Gürcüstanda gürcü dilini bilən 56 min azərbaycanlı olsa da, onların heç birinə yüksək dövlət vəzifələrində işləməyə imkan verilmir. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşərək ona Gürcüstan azərbaycanlılarının problemləri haqqında ətraflı məlumat vermək istədiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR