Bank Of Baku

Denis Sammit: “Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər”

Denis Sammit: “Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər”
# 02 aprel 2008 14:06 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər”. APA-nın məlumatına görə, bu fikirləri “Azərbaycan və Avropa: 2008” konfransında çıxışı zamanı Links beynəlxalq təşkilatının Bakı ofisinin rəhbəri Denis Sammit söyləyib. Azərbaycan hökumətinin media sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində işlər gördüyünü deyən Denis Sammit bu səylərin gücləndirilməsini vacib sayıb. O, ölkədə prezident seçkilərinin azad və ədalətli əsaslarda keçirilməsi üçün Azərbaycan tərəfinin bütün imkanlardan istifadə etməli olduğunu bildirib. Konfransda çıxışı edən Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib ki, Avropa dövlətləri digər ölkələrə nisbətən Azərbaycana daha tənqidi mövqedən yanaşırlar. O, Azərbaycanın demokratiyanın inkişafı istiqamətində ciddi səylər göstərdiyini, qonşu Ermənistanda isə insan hüquqlarının və demokratiya prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR