Bank Of Baku

İbrahim Bürhanov: “Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstana qayıdacağını düşünürəm”

İbrahim Bürhanov: “Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstana qayıdacağını düşünürəm”
# 02 aprel 2008 15:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstandakı yurd-yuvasına qayıdacağını düşünürəm. Onlar könüllü olaraq yurd-yuvalarına qayıtmaq istəyir”. Bu açıqlamanı APA-ya Ahısxa türklərinin “Vətən” cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri İbrahim Bürhanov bildirib. Gürcüstanda “Repatriasiya haqqında” qanun qüvvəyə minəndən bu günə kimi Azərbaycanda yaşayan yalnız 31 ailənin Axalkələk bölgəsinə köçdüyünü xatırladan İ. Bürhanov hazırda bu prosesin müəyyən qədər ləng getdiyini deyib. Ahısxa türklərinə doğma torpaqlarına qayıtmaq üçün Gürcüstanın Qaçqınların Məskunlaşması üzrə Dövlət Nazirliyi tərəfindən statusun verildiyini deyən təşkilat sədri bununla bağlı müəyyən prosedur qaydaların mövcud olduğunu bildirib: “Gürcüstana qayıtmaq istəyən şəxs ərizəsini gürcü dilində yazmalı, anketdəki suallara gürcü dilində cavab verməlidir. Bu da müəyyən çətinliklər yaradır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR