Bank Of Baku

Böyük Quruluş Partiyası dövlət komitəsinin təklif etdiyi qərargahdan imtina edib

Böyük Quruluş Partiyası dövlət komitəsinin təklif etdiyi qərargahdan imtina edib
# 02 aprel 2008 15:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Böyük Quruluş Partiyası (BQP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təklif etdiyi qərargahdan imtina edib. Bu barədə APA-ya BQP sədri Fazil Qəzənfəroğlu məlumat verib. O bildirib ki, Xətai rayonu ərazisində partiyanın fəaliyyəti üçün qeyri-normal yer təklif edildiyindən, bu təklifdən imtina etmək məcburiyyətində qalıblar. F. Qəzənfəroğlu komitədən yeni təklifi gözlədiklərini söyləyib: “Hesab edirik ki, partiyanın qərargahı şəhərin mərkəzi hissəsində olmalıdır. Dövlət siyasi partiyaları ofislə təmin etməyə borcludur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR