Bank Of Baku

Ombudsman Aparatında seçki hüququ və seçki qanunvericiliyi üzrə treninq keçirilib

Ombudsman Aparatında seçki hüququ və seçki qanunvericiliyi üzrə treninq keçirilib
# 02 aprel 2008 16:00 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası ilə əldə edilən razılığa əsasən, bu gün Ombudsman Aparatında seçki hüququ, seçki qanunvericiliyi və təcrübəsi üzrə treninq keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, treninq təsisatın əməkdaşlarının seçki hüququ ilə bağlı maarifləndirilməsi, yerlərdə əhali üçün seminarların keçirilməsində, habelə seçki dairələrində monitorinqlərin aparılmasında müşahidəçi kimi iştirakının təmin edilməsi məqsədi ilə təşkil olunub.
Treninqdə çıxış edən Müvəkkil ölkəmizin gələcək inkişafının qarşıdakı prezident seçkilərinin demokratik, şəffaf, ədalətli, qanunun tələblərinə uyğun keçirilməsindən asılı olacağını diqqətə çatdırıb. Müvəkkil ölkə prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamlarının əhəmiyyəti və bu sənədlərin təbliğinin vacibliyi barədə danışıb. Treninqdə ekspert qismində çıxış edən MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı geniş məlumat verib, Seçki Məcəlləsinin və digər normativ-hüquqi aktların qarşıdakı seçkilərin standartlara uyğun keçirilməsinə hüquqi zəmin yaratdığını vurğulayıb. E. Süleymanova vətəndaşların seçki hüququnun təmin edilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi, Ombudsman yanında monitorinq qrupunun yaradıldığını, Aparat əməkdaşlarının treyner kimi ayrı-ayrı bölgələrdə, qaçqın düşərgələrində, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində seminarlar keçirəcəyini, habelə vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəziyyətinin öyrəniləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR