NATO: Buxarest sammiti - Özəl Reportaj
Qeyd edək ki, Rumıniya və beynəlxalq mənşəli 11 anarxist və ekstremist təşkilat sammiti pozmaq üçün aksiyalar keçirməyə hazırlaşır. Timpurile Noi məhəlləsi NATO sammiti keçirilən Parlament Sarayının yaxınlığında yerləşir.
***
Rumıniyanın baş naziri Kalin Popesku-Tariçanu NATO-nun Buxarest sammitində çıxışı zamanı qeyd edib ki, NATO-nun təhlükəsizlik çətirinin Balkan ölkələri və Qara dəniz regionu üzərində genişlənməsi demokratik islahatları sürətləndirəcək, bölgəyə iqtisadi və sosial sabitlik gətirəcək. Baş nazir deyib ki, bu baxımdan Rumıniya Qərbi Balkanlarda yerləşən üç ölkənin Xorvatiya, Albaniya və Makedoniyanın Alyansa qəbul olunmasını və NATO-nun Ukrayna və Gürcüstan ilə daha sıx əlaqələr saxlamasını dəstəkləyir: “Bu, Alyansın Bosniya və Herseqovina, Monteneqro və Serbiya ilə əlaqələrin möhkəmlənməsi və Moldova, Ermənistan, Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafı üçün bir siqnal olacaqdır”. Onun fikrincə, NATO regiondakı kritik enerjiləri separatizm və millətçi meylləri məğlub edəcək layihələrə çevirə biləcəyini sübut edə bilər. Baş nazir bildirib ki, 2006-cı ildə keçirilən Riqa sammitindən başlayaraq NATO mütəxəssisləri enerji təhlükəsizliyinin gücləndirilməsi üçün bir sıra konkret vasitələrin tapılması üçün səy göstərir və Buxarest sammitində bu araşdırmaların nəticələri aşkara çıxacaq: “Avropa bu sahədə ümumi və davamlı yanaşmaya ehtiyac duyur. Artan tələbi nəzərə alaraq Avropa enerji qaynaqları, təchizatçıları və nəqliyyat dəhlizlərini müxtəlifləşdirməli və təhlükəsizləşdirməlidir”.
***
NATO-nun Buxarest sammitinə dəvət olunmuş Rusiya prezidenti Vladimir Putin aprelin 3-də Buxarestdə olacaq. O, sammit çərçivəsində keçiriləcək Rusiya-NATO Şurasının toplantısında iştirak edəcək. Toplantının əsas mövzuları Ukrayna və Gürcüstanın alyansa inteqrasiyası perspektivləri, antiraket qalxanının yaradılması və Kosovodakı son vəziyyət olacaq.
***
“Ümidvaram ki, NATO öz qapılarını Albaniya, Xorvatiya və Makedoniyanın üzünə açıq elan edəcək”. Bunu NATO-nun Buxarest sammitindəki çıxışında Rumıniya prezidenti Trayan Basesku deyib. O bildirib ki, serb xalqı başqalarının onun adından etdiyi səhvlərin əvəzini ödəməkdə davam edir: “Serbiyada demokratiyanın qələbə çalması olduqca vacibdir”. Rumıniya prezidenti Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qoşulmasına tərəfdar olduqlarını vurğulayıb: “Biz NATO-nun Moldova, Ermənistan və Azərbaycanla əməkdaşlığını da dəstəkləyirik”. T. Basesku NATO-Rusiya əlaqələrinin avroatlantika təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
***
Rumıniyanın baş naziri Kalin Popesku-Tariçanu sammitdə çıxış edərək iştirakçıları salamlayıb. Günün birinci yarısında “NATO-nun qapısı: açıqdır, yoxsa bağlı?” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə Rumıniyanın keçmiş xarici işlər naziri, Senat üzvü Mirça Coana, Almaniya Bundestaqının üzvü Karl-Teodor Freyherr zu Quttenberq, “Keçid demokratiyaları” layihəsinin banisi və sədri Bryus Cekson, Latviya prezidenti Valdis Zatlers nitq söyləyiblər. Nahardan sonra NATO-nun baş katibi Yaap de Hoop Sxefferin çıxışı gözlənilir. Daha sonra baş katibin iştirakı ilə NATO-nun Əfqanıstanda apardığı sülhməramlı əməliyyatlarla bağlı dinləmələr aparılacaq. Müzakirələrdə Kanadanın baş naziri Stefen Harper, Əfqanıstan prezidenti Həmid Kərzai çıxış edəcəklər. Yerli vaxtla saat 16.30-da isə Türkiyənin xarici işlər naziri Əli Babacan, Estoniya prezidenti Hendrik İlves, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin keçmiş komandanı Cozef Ralston, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin çıxışları nəzərdə tutulub. Buxarest sammitinin bugünkü iş günü rəsmi kokteylə başa çatacaq.
***
NATO-nun Buxarest zirvə görüşü çərçivəsində çıxış edən ABŞ prezidenti Corc Buş bildirib ki, bu, onun Buxarestə ilk səfəri deyil: “2002-ci ildə Buxarestə səfərim zamanı heç vaxt unutmayacağım məqamı yaşadım. Yağış yağdığı bir anda buludlar aralandı və səmada göy qurşağı göründü. Göy qurşağı Rumıniya üçün yaxşı günlərin başlandığına işarə idi”. ABŞ dövlət başçısı Əfqanıstanın NATO üçün ən ambisiyalı missiya olduğunu deyib: “Biz Əfqanıstanı itirə bilmərik. Biz qalib gəlməliyik. Əgər terrorçular Əfqanıstan ərazisində məğlub edilməsələr, onlarla öz torpaqlarımızda qarşı-qarşıya gələ bilərik”. C. Buş Buxarest sammitində Xorvatiya, Albaniya və Makedoniyaya dair tarixi qərar qəbul ediləcəyini söyləyib: “Azadlığın çevrəsinin üç yeni Balkan ölkəsini əhatə etməsi üçün Şimali Atlantika alyansını daha da genişləndirəcəyik”. ABŞ prezidenti Gürcüstan və Ukraynanın NATO-ya üzvlük üçün Fəaliyyət Planına (MAP) qəbul olunmasının vacibliyini vurğulayıb və qapının digər ölkələrin də üzünə açıq olduğunu bəyan edib: “Mənim ölkəmin mövqeyi bəllidir Şimali Atlantika alyansının iştirakçıları Ukrayna və Gürcüstana NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planını təqdim etməlidir”. C. Buş Rusiyaya müraciət edərək bu ölkəni antiraket qalxanı üzrə əməkdaşlığa çağırıb: “Rusiya bizim düşmənimiz deyil. İndi Rusiya ilə keyfiyyətcə yeni əlaqələrin əsası qoyulub və məqsəd qarşılıqlı yoxetmə deyil”. ABŞ prezidenti Avropa qurumlarının Rusiya üçün qapalı olmamasının önəminə də diqqət çəkib.
Corc Buş raket hücumundan müdafiə sisteminin qurulmasının Avropa üçün çox vacib olduğunu bildirib. Onun sözlərinə görə, İran hazırda uzun mənzilli raketlərin istehsalına hazırlaşır, bu raketlər isə son nəticədə Avropa və hətta Rumıniyaya çata bilər: "Üzərində çalışdığımız antiraket sistemi bizi Rusiyadan qorumaq məqsədilə yaradılmır. Bizim qurduğum yeni NATO bizi Rusiyadan müdafiə etməməlidir, çünki “soyuq müharibə” başa çatıb”. ABŞ prezidenti Rusiya və NATO-nu strateji əməkdaşlığı görünməmiş səviyyəyə qaldırmağa çağırıb və Avropanın raket hücumundan müdafiəsi məqsədilə keçmiş Sovet İttifaqı ərazisindəki bazalardan istifadə olunmasını da təklif edib.
Qeyd edək ki, yeni antiraket qalxanı NATO üzvləri - Bolqarıstan, Rumıniya və Türkiyəni əhatə etmir. Ona görə də ABŞ-ın quracağı sistemin NATO sistemi ilə birləşdirilməsi məsələsi Buxarest sammitində müzakirə olunacaq məsələlərdən biridir.
***
NATO sammiti aprelin 1-də yerli vaxtla saat 18.30-da işçi qrupları səviyyəsində işinə başlayıb. APA-nın zirvə toplantısını izləmək üçün akkreditə olunmuş müxbirinin məlumatına görə, giriş sözü ilə ABŞ-ın Marşal Fondunun prezidenti Kreq Kennedi çıxış edib. Daha sonra Rumıniya prezidenti Trayan Basesku nitq söyləyib. Şam yeməyindən sonra davam edən axşam sessiyasında mətbuatın iştirakı olmadan “Kosovodan sonra Balkanlar: daha sonra nə olacaq?” mövzusunda müzakirələr aparılıb. Müzakirələrə Slovakiyanın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Yan Kubiş, Yunanıstan XİN-in nümayəndəsi Aleksandros Rondos, Kosovo parlamentinin üzvü Veton Surroi, Serbiyanın keçmiş xarici işlər naziri Qoran Svilanoviç qatılıblar. Paralel aparılan “Silahlar və qaz: NATO-nun Şərqi Avropada rolu” mövzusunda müzakirələrdə ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya işləri üzrə köməkçisi Metyu Brayza ilə Rumıniyanın xarici işlər naziri Adrian Çoroyanu, Gürcüstan prezidenti Mixail Saakaşvili və Avrasiya Tədqiqatlar Mərkəzinin direktoru Laurent Ruseçkas çıxış ediblər.
***
Azərbaycan prezidenti İlham Əliyev bu gün NATO-nun zirvə toplantısında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarestə gedib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq
Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır
Ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb
Almaniya Kansleri Azərbaycandan daha çox qaz tədarük etmək üçün yaradılan şəraitə görə Prezidentə təşəkkür edib
Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var
Dövlət başçısı: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir