Bank Of Baku

Beş müxalifət təşkilatının birgə fəaliyyətinə dair saziş imzalanması gündəmdən çıxıb

Beş müxalifət təşkilatının birgə fəaliyyətinə dair saziş imzalanması gündəmdən çıxıb
# 02 aprel 2008 16:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün “beşlər” formatında birləşmiş partiyalar Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında toplantı keçiriblər. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət müzakirə edilib, BMT Baş Assambleyasında qəbul olunmuş qətnamə ümumilikdə müsbət qiymətləndirilib. İştirakçılar Minsk Qrupu həmsədrlərinin bu məsələdə birtərəfli mövqe tutmasını vasitəçilik missiyası ilə bir araya sığmayan hal kimi qiymətləndiriblər. Müxalifətçilər Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların formatının dəyişdirilməsini məqsədəuyğun sayıblar. Toplantıda prezident seçkiləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər haqda da fikir mübadiləsi aparılıb. S. Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, beş müxalifət təşkilatının birgə fəaliyyətinə dair saziş imzalanması məsələsi bütövlükdə gündəmdən çıxarılıb. Saziş layihəsini hazırlamış Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov da niyyətlərinin baş tutmadığını açıqlayıb: “Bu məsələdə müəyyən fikir ayrılıqları yarandı. Bəzi partiyalar bildirdilər ki, prezident seçkilərinə xeyli vaxt var, hələlik mövqelər aydınlaşmayıb və indidən saziş imzalamaq çox tezdir. Buna görə də hər hansı ittifaq yaratmaq, qarşılıqlı öhdəliklər götürmək məqsədəuyğun sayılmadı. Qərara gəldik ki, toplantıları bu şəkildə qeyri-rəsmi olaraq davam etdirək”.
Xatırladaq ki, “beşlər” çərçivəsində keçirilən məsləhətləşmələrdə Milli İstiqlal, Müsavat, Demokrat, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR