Bank Of Baku

İsrail uydurma “erməni soyqırımı”nı tanısa, Azərbaycan parlamentinə Fələstinə qarşı aparılan soyqırım siyasəti ilə bağlı sənəd təqdim ediləcək

İsrail uydurma “erməni soyqırımı”nı tanısa, Azərbaycan parlamentinə Fələstinə qarşı aparılan soyqırım siyasəti ilə bağlı sənəd təqdim ediləcək
# 02 aprel 2008 16:28 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu deyib. O, sənədi özünün hazırladığını və İsrail-Azərbaycan münasibətlərinin pozulmaması üçün bu günə qədər komissiyaya təqdim etmədiyini bildirib: “Əgər İsrail parlamenti qondarma “erməni soyqırımı”nı tanısa, biz də İsrailin Fələstin ərəblərinə qarşı soyqırım siyasəti ilə bağlı sənədin qəbulu üçün əlimizdən gələni edəcəyik. Bu zaman bizim belə bir addım atmağımızın günahkarı İsrail tərəfi olacaq”. F. Qəzənfəroğlu Milli Məclisdəki həmkarlarının bu sənədin qəbulunu dəstəkləyəcəklərinə inandığını söyləyib: “Sənəd əvvəlcə Milli Məclisin İnsan haqları komissiyasının müzakirəsinə təqdim ediləcək. Milli maraqlara xidmət edən bütün partiyaların millət vəkillərinin sənədin lehinə səs verəcəyinə inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR