Bank Of Baku

“Aqo” qrupunun Azərbaycana səfəri başlayıb

“Aqo” qrupunun Azərbaycana səfəri başlayıb
# 02 aprel 2008 19:30 (UTC +04:00)
Azərbaycandan əvvəl Ermənistana səfər etdiklərini deyən P. Syörgen bu ölkənin də Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı monitorinq aparıldığını, prezident seçkilərindən sonrakı vəziyyətlə tanış olduqlarını söyləyib: “Lakin biz bununla bağlı əlavə şərhlər vermək istəmirik. Oradakı müşahidələrimiz və tanış olduğumuz digər məsələlər barədə hesabatımızda bildiriləcək”. Ermənistanda bir qrup müxalifətçinin aclıq aksiyasına başlaması ilə bağlı suala cavabında isə P. Syörgen bildirib ki, onlar bu məsələni yeni eşitdikləri üçün araşdırmaqla məşğuldurlar.
Azərbaycanın post-monitorinq ölkəsi olmasının mümkünlüyü ilə bağlı suala cavabında isə P. Syörgen bildirib ki, bu məsələ ölkənin öhdəlikləri yerinə yetirməsinin vəziyyətindən və AŞ PA-nın qərarından asılıdır.
“Aqo” qrupunun rəhbəri Azərbaycanda keçirdikləri görüşlər və müşahidələri ilə bağlı yekun nəticənin də hesabatda əksini tapacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR