Bank Of Baku

“Aqo” Monitorinq Qrupunun üzvləri Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər

“Aqo” Monitorinq Qrupunun üzvləri Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər
# 03 aprel 2008 09:06 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi vəziyyət, Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, hazırkı problemlərdən çıxış yolları, situasiyanın dəyişməsi məsələləri müzakirə edilib. S. Cəlaloğlu bildirib ki, “Aqo” üzvləri proseslərin müsbət istiqamətdə dəyişməsi üçün müxalifətin hansı təklifləri irəli sürməsi ilə maraqlanıb: “Biz də öz növbəmizdə hansı addımların proseslərin müsbət istiqamətdə dəyişməsinə təkan verə biləcəyini dedik. Amma onlar məsələlərə münasibət bildirmədilər. Sadəcə, bizim fikirlərə diqqətlə qulaq asdılar, özləri üçün qeydlər etdilər”. Müzakirələrdə bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlərə də toxunulub.
Görüşdə ADP sədrindən başqa, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR