Bank Of Baku

Azərbaycanlı alim: “İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi əsası yoxdur”

Azərbaycanlı alim: “İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi əsası yoxdur”
# 03 aprel 2008 10:49 (UTC +04:00)
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib. Onun sözlərinə görə, ilk növbədə Urartu mənbələri və Rusiyanın qədim dövrdə tanınmış tarixçilərinin, İqor Dyakonovun, Azərbaycanın mərhum akademiki İqrar Əliyevin, mənşəcə erməni olan amerikalı alim Nina Qarsiyanın və digərlərinin elmi əsərlərində də ermənilərin bu əraziyə heç bir aidiyyəti olmadığı açıq şəkildə göstərilib: “Xristian dini qəbul ediləndən sonra kilsələr, o cümlədən Qriqoryan kilsəsi V əsrdən etibarən missionerlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Kilsələr ayrı-ayrı yerlərə, o cümlədən indiki Türkiyə ərazisində olan Van gölü ətrafındakı ərazilərə missionerlər göndərib. XIX əsrin birinci yarısında Rusiyanın işğal etdiyi Şimali Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın tərkib hissəsi olan İrəvan xanlığına kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılıb. Ən qədim dövrdən 1918-ci ilədək istər müasir Türkiyə, istərsə də müasir Azərbaycan ərazisində, ümumiyyətlə regionda Ermənistan dövləti olmayıb. Bir səhv olaraq, 1918-ci ilin mayın 29-da İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi nəticəsində ingilis, amerikan və fransızların himayədarlığı ilə onların dövlət yaratması mümkün olub. 1920-ci ildə Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bu ərazilərdə ermənilərin torpaqlarının sahəsinin genişləndirilməsi üçün təqiblər həyata keçirilib və Sovet Rusiyasının birbaşa təzyiqi nəticəsində Sovet Azərbaycanından 19,8 min kv.km ermənilərə verilib”. Tarixi məlumatlara görə, qədim Azərbaycan yurdu olan İrəvanın bir səhər, qala kimi tarixi ərəb xilafətinin süqutundan sonra başlayıb. Ərazi türk mənşəli sacilərin, sonra salari və rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Səfəvi dövründə İrəvan Çüxurşəhər bəylərbəyliyinin ərazi inzibati mərkəzinə çevrilib, nəhayət İrəvan xanlığı və Şimali Azərbaycan torpaqlarının işğalı ilə İrəvan quberniyası, sonra 1918-ci il mayın 29-da İrəvanın verilməsi nəticəsində Ermənistan Respublikası yaranıb. Bunların tarixi fakt olduğunu deyən C. Bəhramov İrəvanın yaradılmasının saxta 2790 rəqəmi ilə beynəlxalq miqyasda qeyd edilməsinə Azərbaycanın müvafiq strukturlarının münasibət bildirməli olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR