Bank Of Baku

Müasir Müsavat Partiyasının bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib

Müasir Müsavat Partiyasının bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib
# 03 aprel 2008 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib. MMP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamənin əleyhinə səs verməsi pislənilib. Piketdə həmsədr ölkələrin dəyişdirilməsi tələb olunub. Səbayel Rayon Polis İdarəsi əməkdaşlarının müdaxiləsindən sonra piket başa çatıb. Aksiya zamanı MMP üzvlərindən saxlanılan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR