Bank Of Baku

Mübariz Əhmədoğlu martda dünyada və regionda baş verən ictimai-siyasi proseslərə dair mətbuat konfransı keçirib

Mübariz Əhmədoğlu martda dünyada və regionda baş verən ictimai-siyasi proseslərə dair mətbuat konfransı keçirib
# 03 aprel 2008 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu martda dünyada və regionda baş verən ictimai-siyasi proseslərə dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu bildirib ki, NATO-nun şərqə genişlənməsi ilə bağlı Qərbin atdığı addımlara baxmayaraq, ötən ay ABŞ-Rusiya münasibətlərində irəliləyiş hiss olunub. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasına qarşı irəli sürülən məhkəmə iddiasının icraata götürülməsinin ciddi gərginliyə səbəb olacağını söyləyən politoloqun fikrincə, bu məsələ Türkiyənin beynəlxalq imicinə zərbə vuracaq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərə yönələn ittihamlara da münasibət bildirən M. Əhmədoğlu deyib ki, ABŞ-ın, Rusiyanın və Fransanın təmsil olunduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətində konsensus məsələsi aradan qaldırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR