Bank Of Baku

Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib

Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib
# 03 aprel 2008 14:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər görüş zamanı son illər ərzində ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndiyi və qarşılıqlı səfərlərin artdığını qeyd ediblər. Mahmud Məmməd-Quliyev Estoniyanın əldə etdiyi uğurları, iqtisadi və demokratiya sahəsində apardığı islahatları vurğulayaraq, Azərbaycanın Aİ-yə inteqrasiya məsələlərində, xüsusilə qanunvericiliyin uyğunlaşdırılmasında Estoniyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib. Daha sonra nazir müavini Aİ ilə Qonşuluq Siyasəti daxilində əməkdaşlıq haqda məlumat verib, bu istiqamətdə Estoniya ilə daha da sıx işləmək arzusunu ifadə edib. Xanım K. Ojuland Estoniyanın Aİ-yə inteqrasiya sahəsində öz təcrübəsini paylaşmağa, nazirliklərarası məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib. Qonaq həmçinin ikitərəfli əlaqələrin müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayə qoyuluşuna dair sazişin imzalanmasının tezləşdirilməsini vacib hesab edib. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı durumu, enerji təhlükəsizliyi, insan hüquqları və demokratiya quruculuğu məsələləri, ikitərəfli maraq kəsb edən digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR