Bank Of Baku

Sülhəddin Əkbər: “Beş müxalifət təşkilatı arasında sazişin təxirə salınması düzgün qərardır”

Sülhəddin Əkbər: “Beş müxalifət təşkilatı arasında sazişin təxirə salınması düzgün qərardır”
# 03 aprel 2008 15:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Beş müxalifət təşkilatı arasında sazişin təxirə salınması düzgün qərardır. Çünki siyasi qüvvələr arasında hələlik prezident seçkisi ilə bağlı qeyri-müəyyənlik var. Qeyri-müəyyənlik aradan qalxandan sonra konkret addım atmaq olar”. Bunu APA-ya açıqlamasında “beşlər” formatında təmsil olunan Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Müsavat Partiyası seçkidə müxalifət düşərgəsindəki bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır: “Müsavat strategiyasını müəyyənləşdirib. Amma bununla bərabər, digər müxalifət partiyaları ilə də məsləhətləşmələrin aparılmasına tərəfdarıq. Ona görə də biz əsas qərarlarımızı namizədlər irəli sürüldükdən sonra verəcəyik”. “Beşlər” formatının qeyri-rəsmi olaraq toplantılarına davam etdirməsinin perspektivinə gəldikdə, S. Əkbər müxalifət liderlərinin bir araya gəlib müzakirə aparmasını müsbət qiymətləndirib: “Partiyalar arasında müqavilə imzalananda da bəzən onun müddəalarına əməl olunmur. Ona görə də hər şey səmimiyyətdən asılıdır. Amma səmimiyyət siyasətdə çox vaxt şərti olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR