Bank Of Baku

Əli Həsənov: “Aqo” qrupu da qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib”

Əli Həsənov: “Aqo” qrupu da qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib”
# 03 aprel 2008 16:53 (UTC +04:00)
“Aqo” qrupunun Azərbaycan Avropa Şurasına daxil olandan sonra ölkədə müxtəlif sahələrdə görülən işlərlə tanış olaraq, AŞ Nazirlər Komitəsinə müvafiq təkliflər hazırladığını vurğulayan Ə. Həsənov görüşdə söz və mətbuat azadlığının vəziyyəti, bu sahədə görülmüş və görüləcək işlərlə bağlı müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, “Aqo” qrupu da, Azərbaycan tərəfi də qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib: “Lakin bəzi problemlər var ki, bu problemlər tək Azərbaycanın deyil, digər ölkələrin mətbuatında da mövcuddur. Bunları müəyyən edib, aradan qaldırmaq, azad medianın hüdudlarını genişləndirmək, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı tədbirlər görmək, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini daha dolğun həyata keçirmək, cəmiyyətlə media arasında narazılıqları, məhkəmə çəkişmələrini bu sahənin vəziyyətini yaxşılaşdırmaqla aradan qaldırmaq vacib məsələlərdir. Bu müzakirələr kifayət qədər lazımlıdır və bizim gördüyümüz işlərin dəyərləndirilməsi, bundan sonra görüləcək işlərin planlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR