Bank Of Baku

Mixail Saakaşvili: “Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur”

Mixail Saakaşvili: “Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur”
# 03 aprel 2008 17:22 (UTC +04:00)
APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, M. Saakaşvili deyib ki, Rusiyanın bu məsələnin əleyhinə olduğu bəlli idi: “Mən baş verənləri Gürcüstanın çox böyük qələbəsi kimi qiymətləndirirəm. Tarixdə ilk dəfə belə bir şey baş verir: Gürcüstan NATO üzvü olacaq. Bunu bir vaxtlar ağıla belə gətirmək olmazdı”. Rusiyanın Gürcüstanın inteqrasiya prosesinə reaksiyasının necə olacağı barədə verilən sualı Gürcüstan prezidenti belə cavablandırıb: “Sakit olacaq”. M. Saakaşvili Azərbaycan-Gürcüstan əlaqələrinin yalnız qonşuluq və dostluq deyil, həm də strateji müttəfiqlik xarakteri daşıdığını qeyd edib: ”Gürcüstanın inkişafı Azərbaycana, Azərbaycanın inkişafı isə Gürcüstana təsir edir. Bizim ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur. Çünki biz bir-birimizi tamamlayırıq. Bu gün ilk dəfə yazılı şəkildə Gürcüstanın NATO-ya qəbul olunacağı barədə vəd aldıq. Bu gün Gürcüstanın uğuru baş verdi. Hesab edirəm ki, bunun Azərbaycana müsbət təsiri olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR