Bank Of Baku

Ann Dersi: “Raket əleyhinə sistem məsələsi ABŞ-ın həmişə gündəliyində olub”

Ann Dersi: “Raket əleyhinə sistem məsələsi ABŞ-ın həmişə gündəliyində olub”
# 04 aprel 2008 09:09 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “Raket əleyhinə sistem məsələsi ABŞ-ın həmişə gündəliyində olub”. APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi jurnalistlərə açıqlamasında deyib ki, son bir neçə ayda ABŞ və Rusiya arasında raket əleyhinə sistemlə bağlı müzakirələr aparılır. Burada Qəbələ RLS məsələsi də var: “İnanıram ki, İran tərəfindən ABŞ, Rusiya və Avropaya təhlükə var. Bu gün NATO-nun sammiti çərçivəsində ABŞ prezidenti Corc Buşla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Görüşün nəticələri barədə əvvəlcədən heç nə deyə bilmərik, amma bu məsələnin müsbət həllinə ümid edirik. Qəbələ RLS Azərbaycanın ərazisindədir. Buna görə Qəbələ RLS haqqında qəbul ediləcək qərarla bağlı Azərbaycanla məsləhətləşmə aparılacaq, Azərbaycanın mövqeyi nəzərə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR