Bank Of Baku

Ann Dersi: “ABŞ-la Azərbaycan arasındakı hərbi məsləhətləşmələrdə ölkədə müdafiə islahatlarının həyata keçirilməsi müzakirə olunacaq”

Ann Dersi: “ABŞ-la Azərbaycan arasındakı hərbi məsləhətləşmələrdə ölkədə müdafiə islahatlarının həyata keçirilməsi müzakirə olunacaq”
# 04 aprel 2008 09:18 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “ABŞ və Azərbaycan hərbçiləri arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Azərbaycanda müdafiə islahatlarının həyata keçirilməsi məsələsi müzakirə olunacaq”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. ABŞ-la Azərbaycanın tərəfdaş, dost ölkə olduğunu söyləyən səfir bildirib ki, Amerika Azərbaycanın NATO-nun IPAP çərçivəsində fəaliyyətini dəstəkləyir: “Məsləhətləşmələr də bu istiqamətdə keçiriləcək. ABŞ Azərbaycanın öz sərhədlərini qorumasına həmişə dəstək verib. Məsləhətləşmələrdə bu məsələlər də müzakirə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR