Bank Of Baku

ABŞ səfiri: “Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir”

ABŞ səfiri: “Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir”
# 04 aprel 2008 09:48 (UTC +04:00)
APA-nın məlumatına görə, ANAMA-nın direktoru Nazim İsmayılov ABŞ-ın agentlik yarandığı ilk günlərdən əməliyyatların maliyyələşdirilməsində iştirak etdiyini bildirib. Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verən N. İsmayılov ABŞ tərəfindən ANAMA-ya həm maliyyə, həm də texniki yardımların göstərildiyini deyib. Səfir Ann Dersi isə ABŞ hökumətinin ANAMA-nın fəaliyyətini dəstəklədiyini vurğulayıb: “Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir. ANAMA tək Azərbaycanda deyil, dünya miqyasında işinə görə uğurlar qazanıb, agentliyimiz barədə müsbət imic formalaşıb”. Səfir onu da bildirib ki, ABŞ hökuməti ANAMA-ya 2002-ci ildən bu günədək 15 mln. dollar vəsait ayırıb. Daha sonra ANAMA-nın fəaliyyəti, Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirilən layihələr barədə təqdimat nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR