Bank Of Baku

Moskva Karneqi Mərkəzində “Azərbaycan 2008: inkişafa doğru” adlı konfrans keçirilir

Moskva Karneqi Mərkəzində “Azərbaycan 2008: inkişafa doğru” adlı konfrans keçirilir
# 04 aprel 2008 10:59 (UTC +04:00)
APA-nın Rusiya bürosunun məlumatına görə, konfransda çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycana həsr olunmuş konfransın təşkilinə görə Karneqi Mərkəzinə minnətdarlıq edib. Konfransın birinci hissəsində 2008-ci ilin Azərbaycana geosiyasi və geoiqtisadi baxımdan nə verəcəyi barədə çıxışlar edilib, müzakirələr aparılıb. Bu mövzuda Azərbaycan Prezident Aparatı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Postsovet Məkanında İctimai-siyasi Proseslərin Öyrənilməsi İnformasiya-analitik Mərkəzinin direktor müavini Aleksey Vlasov, Rusiyanın 1-ci Kanalında “Sudite sami” verilişinin aparıcısı Maksim Şevçenko çıxış ediblər. Onlar Azərbaycanın siyasi və iqtisadi inkişafı, Cənubi Qafqaz və Xəzər regionunda yeri, Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətləri barədə fikirlər səsləndiriblər. Natiqlər yaxın gələcəkdə enerji resurslarının qiymətinin düşməsi, Azərbaycanın Rusiya ilə Avropa arasında körpü olması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyi və digər məsələlərə toxunublar. Çıxışlarda Azərbaycanın Rusiya ilə Gürcüstan münasibətlərində mövcud problemlərin həllində də körpü rolunu oynaya biləcəyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR