Bank Of Baku

AMİP-in keçmiş sədri partiya rəhbərliyində olan şəxsləri sədr postuna namizəd olmamağa çağırıb

AMİP-in keçmiş sədri partiya rəhbərliyində olan şəxsləri sədr postuna namizəd olmamağa çağırıb
# 04 aprel 2008 11:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azərbaycan Milli İstiqlal Partiyasının hazırda rəhbərliyində təmsil olunan şəxslərin heç biri qurultayda öz namizədliyini irəli sürməməlidir. Çünki rəhbərlikdə olan şəxslərin fəaliyyəti məni qane etmir”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Ayaz Rüstəmov verib. Onun sözlərinə görə, təşkilatın sədrliyinə yeni şəxs gətirilməli və normal işləyən komanda yaradılmalıdır. A. Rüstəmov Bakı şəhər təşkilatlarının bir neçəsinin rəhbərinin partiya sədrliyinə layiqli olduğunu deyib və qurultayda onlardan birinin namizədliyini müdafiə edəcəyini qeyd edib. A. Rüstəmov özünün qurultay nümayəndəsi olduğunu və burada hesabat məruzəsi ilə çıxış edəcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR