Bank Of Baku

Elmira Süleymanova: “Beynəlxalq birlik Azərbaycanla Ermənistana münasibətdə ikili standartlardan imtina etməlidir”

Elmira Süleymanova: “Beynəlxalq birlik Azərbaycanla Ermənistana münasibətdə ikili standartlardan imtina etməlidir”
# 04 aprel 2008 11:59 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycanda milli azlıqlara qarşı xüsusi münasibətin olması fikri ilə razı deyiləm. O hesabatda ürək ağrıdan bir ifadə də var. Mən ürək ağrıdan bu ifadənin də həqiqətə uyğun olduğunu heç cür qəbul edə bilmirəm ki, Azərbaycanda ermənilərə ikinci sort insanlar kimi münasibət var. Bunlar süni bəyanatlardır”. Bu sözləri APA-ya açıqlamasında ombudsman Elmira Süleymanova bildirib. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının Azərbaycanda olduğunu və gerçəkliklərlə tanış olduğunu deyən ombudsman Azərbaycanda milli ayrı-seçkiliyin olmadığını bildirib: “Bu gün Azərbaycanda olan bəzi statistikaya görə, sayları 30 min, bəzi rəqəmlərdə isə 50 min kimi göstərilən ermənilərin bir dəfə də olsun nə məişət, nə dövlət qurumları səviyyəsində, nə də vətəndaş cəmiyyətləri tərəfindən hər hansı zorakılıq və ya ayrı-seçkiliyə məruz qalması ilə bağlı məlumat var. Onların yalnız digər Azərbaycan vətəndaşları kimi adi problemləri ola bilər. Belə problemlər ortaya çıxdıqda, biz də heç bir ayrı-seçkiliyə yol vermədən bu məsələlərin həllinə çalışırıq. Yaxşı olardı ki, beynəlxalq təşkilatlar bir dəfə də olsun Azərbaycanın çoxsaylı müraciətlərini nəzərə alsınlar. Azərbaycanlıların soyqırımı günü, Xocalı soyqırımı ilə bağlı ən nüfuzlu qurumlara müraciət edirik, amma bu gün erməni tərəfinə heç kim sual verilmir ki, Ermənistanda əsrlər boyu yaşayan 300 min azərbaycanlılar haradadır? Onlara qarşı törədilən zorakılığa kim cavabdehdir? Bu ikili standartlar aradan qaldırılmalıdır. Necə olur ki, Avropa Şurasının üzvü olan iki ölkənin biri digərinə qarşı təcavüz edir, torpaqlarını alır, əhalisini qaçqın-köçkünə çevirir? Bəs bu cinayətlərə kim cavab verəcək? Mən dünya birliyini, nüfuzlu beynəlxalq qurumları məsələyə bu yöndən baxmağa dəvət edirəm, çünki hər hansı zorakılıq cəzasız qaldıqda o, həmin qüvvələri və onlara bənzərləri yeni zorakılıq hallarına yol verməyə təhrik edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR