Bank Of Baku

Moskvada keçirilən “Azərbaycan 2008: inkişafa doğru” adlı konfransda Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması məsələsi də müzakirə olunub

Moskvada keçirilən “Azərbaycan 2008: inkişafa doğru” adlı konfransda Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması məsələsi də müzakirə olunub
# 04 aprel 2008 12:42 (UTC +04:00)
Moskva. Anarə Axundova - APA. Moskva Karnegi Mərkəzi və Azərbaycan Prezidenti yanında Strateji Təhqiqatlar Mərkəzinin təşkilatçılığı ilə bu gün Moskvada keçirilən “Azərbaycan 2008: inkişafa doğru” adlı iki günlük konfransın ikinci bölməsinin işi başa çatıb. APA-nın Rusiya bürosunun məlumatına görə, seksiyanın gedişində Azərbaycanda rus dilinin mövcud durumu məsələsi müzakirə olunub. Çıxış edən natiqlər Azərbaycanın ali və orta məktəblərində rus sektorlarının fəaliyyət göstərdiyini, ölkədə çoxsaylı rus icma və diasporunun fəaliyyət göstərdiyini vurğulayıblar. Böyük Britaniyanın qeyri-hökumət təşkilatlarından birinin rəhbəri olan Denis Samut çıxışında Azərbaycan iqtisadiyyatının inkişaf mərhələlərini təhlil edib, həmçinin Dağlı Qarabağ münaqişəsinə toxunub. O, istər konfrans iştirakçılarının, istərsə də dünya ictimaiyyətinin bu problemin həllinə həssaslıqla yanaşmasının vacibliyinə toxunub. Konfransda müzakirə olunan məsələlər sırasında Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması, iki ölkə arasında siyasi və mədəni münasibətlər də olub. Konfrans iştirakçıları Azərbaycanda milli, dini və mədəni azlıqların hüquqlarına xüsusilə hörmətlə yanaşıldığını vurğulayıblar. Konfrans davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR