Bank Of Baku

Qərargah problemi ilə əlaqədar “Azadlıq” blokunun Sədrlər Şurası iclaslarını keçirə bilmir

Qərargah problemi ilə əlaqədar “Azadlıq” blokunun Sədrlər Şurası iclaslarını keçirə bilmir
# 04 aprel 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) özünə yeni qərargah aldıqdan sonra ”žAzadlıq” blokunun Sədrlər Şurası öz toplantılarını bərpa edəcək. Bu barədə APA-ya AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, son vaxtlara qədər blok öz toplantılarını Milli Birlik Hərəkatının qərargahında keçirirdi. Amma MBH öz qərargahından çıxarıldıqdan sonra Sədrlər Şurasının toplantıları keçirilmir. Q. Əlibəyli ciddi ehtiyac yaranacağı halda blokun toplantılarının partiya sədrlərinin evlərində keçirilməsinin də mümkün olduğunu qeyd edib: “Hazırda AXCP özünə yeni qərargah almağa hazırlaşır və çox güman ki, yaxın vaxtlarda bu, reallaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR